“Bizim hesablamalarımıza görə, haradasa 2 milyard dollar ətrafında Ermənistan ordusuna ziyan dəyib. Bu, davam edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Demişəm, Ermənistan rəhbərliyinə də müraciət etmişəm – siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın bu müharibə dayansın, siz də qalan silahlarınızı qoruyun. Yoxsa belə gedərsə, onların bütün silahlarını biz məhv edəcəyik”, - Prezident əlavə edib.