İlham Əliyev: "İnfrastruktur layihələri olmadan məcburi köçkünləri qaytarmaq mümkün olmayacaq"

İlham Əliyev: "İnfrastruktur layihələri olmadan məcburi köçkünləri qaytarmaq mümkün olmayacaq" “İşğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var"
Qarabağ
1 Aprel , 2021 17:19
İlham Əliyev: İnfrastruktur layihələri olmadan məcburi köçkünləri qaytarmaq mümkün olmayacaq
0 : 00
0 : 00

“İşğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən deyib.

"Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik", - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi