İlham Əliyev: “Minsk qrupunun həmsədrləri bir feyk xəbərə münasibət bildirir, digərinə yox”

İlham Əliyev: “Minsk qrupunun həmsədrləri bir feyk xəbərə münasibət bildirir, digərinə yox” “Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb”
Qarabağ
3 Oktyabr , 2020 11:58
İlham Əliyev: “Minsk qrupunun həmsədrləri bir feyk xəbərə münasibət bildirir, digərinə yox”
İlham Əliyev

“Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

“Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”, - ölkə başçısı vurğulayıb.

Prezident həmçinin Ermənistanın Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittihamına cavab verib:

"Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb".

Son xəbərlər

Orphus sistemi