İlham Əliyev: "Ermənilər bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar"

İlham Əliyev: "Ermənilər bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar" "Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər?!"
Qarabağ
26 Fevral , 2021 15:21
İlham Əliyev: Ermənilər bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar
İlham Əliyev

"Türkiyə dövlətinə bütün göstərdiyi dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Sərhədlərin bağlı olması qardaşlıq rəmzi və addımı idi. Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunanda bağlamışdı".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Əfsus ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də davam edir. Türkofobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt bizə göstərilən dayanışma aktı idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və əlbəttə, bölgədə yeni vəziyyət yaranıb. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir.

Müharibədən əvvəl Rəcəb Tayyib Ərdoğan bildirirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var və onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Müxtəlif ölkələrin parlamentində qondarma "soyqırımı" qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər?! Onlar ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsd, axmaqlıqdır", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi