İlham Əliyev: "Türkiyə nə üçün həmsədr olmasın?!"

İlham Əliyev: "Türkiyə nə üçün həmsədr olmasın?!" “Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.
Qarabağ
12 Oktyabr , 2020 14:51
İlham Əliyev: Türkiyə nə üçün həmsədr olmasın?!

“Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın?! Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”, - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi