İordaniya Azərbaycanda minatəmizləmə işlərinə kömək etməyə hazırdır

İordaniya Azərbaycanda minatəmizləmə işlərinə kömək etməyə hazırdır İordaniya Milli Minatəmizləmə və Bərpa Komitəsi (NCDR) Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işlərinə dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır.
Qarabağ
31 Mart , 2022 15:19
İordaniya Azərbaycanda minatəmizləmə işlərinə kömək etməyə hazırdır

"Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsi (NCDR) Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işlərinə dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır".

Bunu “Report”a NCDR əməkdaşı Camal Odibat bildirib.

“Biz Azərbaycanın azad olunmuş ərazilərindəki mövcud problemləri, o cümlədən minatəmizləmə məsələlərini yenicə tədqiq etməyə başlamışıq. Bu sahədə İordaniya ilə Azərbaycan arasında uzun illərdir əməkdaşlıq qurulub” – deyə o qeyd edib.

Xatırladaq ki, 31 mart - 1 aprel tarixlərində Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” beynəlxalq konfransının iştirakçıları bu gün Ağdama gəlib.

Son xəbərlər

Orphus sistemi