İran XİN başçısı: "Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır"

İran XİN başçısı: "Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır" “Hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.
Qarabağ
29 Yanvar , 2021 12:41
İran XİN başçısı: Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır
Məhəmməd Cavad Zərif

“Hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərimdə mən həmişə bunu vurğulamışam: keçmişi gələcəyə gedən yol olaraq görməliyik və bunu müsbət şəkildə istifadə etməliyik. Hazırda bütün 6 ölkə üçün zəmin hazırlanıb. Biz bölgənin və bu 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Bura quru yollar, dəmir yolları, enerji sahəsi daxildir. Mən bu mövzuda optimistəm”, - o deyib.

Son xəbərlər

Orphus sistemi