“Qarabağda Azərbaycanın məscidləri hücumlara məruz qalıb. Hesab edirəm ki, tarixi irs, mədəniyyət abidələri öz sahiblərinə qaytarılmalıdır”.
“Report” xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Salem ibn Məhəmməd əl-Maliki deyib.
Onun sözlərinə görə, bu məsələnin həllində regional qüvvələrdən istifadə olunmalıdır: “Azərbaycan Qərb və Şərq arasında təhlükəsiz məkandan ibarətdir. Azərbaycanın bir çox təqdim etdiyi təşəbbüslər dünya birliyi tərəfindən müsbət qarşılanır və dəstəklənir. Mən Azərbaycan Prezidentini və xalqını qələbəyə görə təbrik edirəm”.