“Hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə başlanılıb. Həmin ərazilərdə torpaq islahatları həyata keçirilməlidir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Onun sözlərinə görə, daha sonra isə həmin ərazilərdə bələdiyyə seçkiləri olmalıdır: “Digər zəruri məsələlər də həyata keçirilməlidir”.