Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr-30 noyabr tarixlərində 2 061 siqnal əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
"727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədə tank əleyhinə mina, 1 743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikro sxemi və 1 643 ədəd partlamamış raket hissələri aşkar olunub",- o bildirib.