“Böyük qayıdış prosesi yenidənqurma işləri və vəsait baxımından zaman tələb edir. İlk olaraq həmin ərazilərə dəyən zərərin həcmi müəyyənləşdirilməlidir”.
“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, sonrakı proses işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin edilməsidir: “Sonra kommunal xidmətlərin təşkil edilməsi, eləcə də evlərin inşası həyata keçirilməlidir. Odur ki, yalnız bundan sonra böyük qayıdış barədə nəsə demək olar”.