İspaniya mətbuatı ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizmlərdən yazıb

İspaniya mətbuatı ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizmlərdən yazıb “La Vanguardia” qəzetində adıçəkilən qəzetin Ağdam şəhərinə ezam olunan müxbiri Jorju Juan Banyosun “Bir milyon azərbaycanlı öz doğma torpaqlarına qayıtmağı gözləyir” sərlövhəli məqaləsi dərc olunub.
Qarabağ
17 Dekabr , 2020 13:10
İspaniya mətbuatı ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizmlərdən yazıb

İspaniyanın geniş oxucu kütləsinə malik “La Vanguardia” qəzetində adıçəkilən qəzetin Ağdam şəhərinə ezam olunan müxbiri Jorju Juan Banyosun “Bir milyon azərbaycanlı öz doğma torpaqlarına qayıtmağı gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

“Report”un xəbərinə görə, məqalədə diqqətə çatdırılır ki, Ermənistanın 28 il davam edən işğalı Azərbaycan Ordusunun parlaq qələbə qazanması nəticəsində sona çatıb.

İşğal edilmiş Azərbaycan torpaqları, eləcə də Azərbaycanın qədim Şuşa şəhəri düşmən tapdağından azad olunub. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlılar yenidən öz yurdlarına qayıda biləcəklər.

Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində kütləvi şəkildə vandalizm aktlarının həyata keçirildiyi, bütün yaşayış binalarının, ictimai iaşə obyektlərinin dağıdıldığı, dini abidələrin təhqir olunduğu təəssüflə qeyd olunub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 300 şəhər və kəndinin amansız şəkildə barbarlığa məruz qaldığı bildirilib.

Vurğulanıb ki, işğal olunmuş ərazilərdəki mövcud infrastruktur Ermənistan silahlı qüvvələri və buraya qanunsuz olaraq Suriya və digər ölkələrdən köçürülmüş ermənilər tərəfindən dağıdılıb, bu ərazilərdəki tarixi və dini abidələr məhv edilib, məhsuldar torpaqlar yararsız hala salınıb, Ağdam, Füzuli şəhərləri tanınmaz hala gətirilib.

Son xəbərlər

Orphus sistemi