İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bununla bağlı Artur Lenk rəsmi tviter səhifəsində paylaşıb edib.
“Bütün azərbaycanlıları Zəfər bayramı münasibətilə təbrik edirəm. Qoy bu nailiyyət bütün sahələrdə daha böyük qələbələrə yol açmaqla, Azərbaycana uğur və sülh gətirsin. Əminəm ki, İsrail və Azərbaycanın digər dostları bu böyük gələcəkdə tərəfdaş olacaq”, - təbrikdə deyilir.