İtaliyanın Azərbaycandakı səfirliyi media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda onları daşıyan avtomobilin minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə səfirlik feysbuk səhifəsində paylaşım edib.
“Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək həlak olması xəbəri bizi həqiqətən kədərləndirdi. Hadisə ilə bağlı onların yaxınlarına səmimi qəlbdən başsağlığı veririk”, – səfirlik qeyd edib.