“Hətta inanmaq belə çətin idi ki, burada nə zamansa insanlar yaşayıb”.
“Report” xəbər verir ki, bunu İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Ağdam şəhərinə səfəri barəsində danışarkən söyləyib.
O qeyd edib ki, 30 illik işğal dövründə Ağdamda törədilmiş viranəliyin şahidi olublar.
E.Rosato Azərbaycanın münaqişədə həyatını itirən mülki şəxslərinə görə başsağlığı verib.