Nəşi tapılan hərbçimiz dəfn edildi

Nəşi tapılan hərbçimiz dəfn edildi Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.
Qarabağ
2 Yanvar , 2021 16:47
Nəşi tapılan hərbçimiz dəfn edildi

Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun doğulduğu Cəlilabad rayonun Qarğılı kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

12:09

Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.

Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının 2-si Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. 3 aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi