İtkin düşən erməni əsgərlərinin anaları Azərbaycan Prezidentindən kömək istəyiblər

İtkin düşən erməni əsgərlərinin anaları Azərbaycan Prezidentindən kömək istəyiblər İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin valideynləri paytaxt Yerevanda yenidən aksiya keçiriblər.
Qarabağ
21 Dekabr , 2020 16:03
İtkin düşən erməni əsgərlərinin anaları Azərbaycan Prezidentindən kömək istəyiblər

İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin valideynləri paytaxt Yerevanda yenidən aksiya keçiriblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı “24 News” yayıb.

Övladı barədə heç bir məlumat ala bilməyən bir ananın aksiyadakı çıxışı diqqəti cəlb edib. O, jurnalistlərə Azərbaycana təslim olacağını açıqlayıb: “Bəs bilmirdiniz ki, azərbaycanlı əsgərlərin meyitlərini traktor ilə quyuya atarkən sizinlə də eyni cür davrana bilərlər? KİV, bu məsələdə siz də günahkarsınız. İndi isə azərbaycanlılar deyirlər ki, necə basdırıbsansa, eləcə də bir-bir çıxar və yalnız bundan sonra mən sənə əsirləri və əsgərlərin meyitlərini qaytaracağam. Görün, azərbaycanlılar necə tələbkardırlar. Azərbaycanlılar övladlarının meyitini axtaranları (erməni valideynləri nəzərdə tutulur – “Report”) traktorçunu tapıb həmin yeri qazmağa məcbur ediblər. Bax, ölkə belə olmalıdır. Mən gedib Azərbaycana təslim olacağam. Azərbaycanlılar mənə toxunmayacaq. Siz isə mənim Azərbaycana necə təslim olmağımı dünya üçün çəkməlisiniz. Çəkməyə gəlməsəniz, demək, siz də satqınsınız. Dünən Paşinyana Gorusda dedim ki, bu gün Azərbaycana təslim olacağam. Mənim qərarımı o da bilir. O, bu gün cavab verməlidir”.

Övladını itirmiş ananın sözlərinə görə, erməni analarına yalnız Azərbaycan Prezidenti İlham Əliyev kömək edə bilər:

“Bu qoyunlar analar qarşısında qapıları bağlayırlar, bizimlə hesablaşmırlar. Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin? Əgər o mənim səsimi eşitsə, əlimdən tutub deyəcək ki, gəl birlikdə oğlunu tapaq. Mən buna əminəm. Əgər sizin imkanınız varsa, İlham Əliyevə övladlarımızı tapmaq üçün bizə təyyarə göndərməsini çatdırın. Əgər o bu xəbəri eşitsə, mütləq yardım edəcək. Buna əmin olun. Bizə ondan başqa heç kəs kömək edə bilməz”.

O, Ermənistan rəhbərliyini və müxalifəti lənətləyib: “Bu insanlar heç nə edə bilmirlər. Bunu övladlarını itirmiş analar qrupunun adından bildirirəm. Bu qrup ötən gün Gorusda olub, orada bizə heç kim heç nə demədi. Sadəcə dedilər ki, gedin, əgər məlumat olarsa, biz sizə xəbər edəcəyik. Lənət olsun belə hakimiyyətə də, müxalifətə də!”.

Son xəbərlər

Orphus sistemi