“Şuşa hər zaman təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtı olub”.
“Report” xəbər verir ki, bunu Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Bryun deyib.
“30 illik işğal dövrü ərzində şəhərin məruz qaldığı dağıntıların fəsadlarını görürük. Musiqi və poeziya şəhəri Şuşanı bərpa etmək vacibdir.
Belə bir sual açıq qalmaqdadır: azərbaycanlılar hansı Şuşada yaşamaq istəyirlər? Qədim, yoxsa yeni mədəniyyət şəhərində? Fikrimcə, bunların hər ikisi nəzərə alınsa, yaxşı olardı: gözəl mədəniyyət abidələrini, məktəbləri, qalanı saxlamaq, eyni zamanda, Şuşanı gələcəyin mədəniyyət paytaxtına çevirmək gözəl olar”, - Bryun bildirib.