Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, nümayəndə heyəti Qiyaslı məscidində olub.
KİV nümayəndələrinə erməni vandaliziminə məruz qalan tarixi-dini abidə ilə bağlı məlumat verilib.
Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfərdə iştirak edir.