Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar

Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar Media nümayəndələri işğaldan azad olunmuş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.
Qarabağ
17 Mart , 2021 11:36
Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar

Media nümayəndələri işğaldan azad edilən Füzuli rayonuna səfər çərçivəsində iki gün öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli-Hadrut avtomobil yolunda görülən işlərlə tanış olublar və Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.

"Report"un səfəri işıqlandıran əməkdaşı xəbər verir ki, qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.

Bu ərazilər Ermənistan tərəfindən 1992-ci ildə işğal edilmişdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində başlatdığı “Dəmir yumruq” əməliyyatı nəticəsində ötən il işğaldan azad olunub.

Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Qeyd edək ki, martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib. Bundan əvvəl mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.

Daha sonra Xocavəndin Hadrut qəsəbəsinə də səfər ediləcək.

Son xəbərlər

Orphus sistemi