“Vətən müharibəsi zamanı hamımız bir olduq. Təəssüflər olsun ki, düşmən əlinə keçdim. Mənə elə işgəncələr verirdilər ki, danışılası deyil”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Əlizadə Nurlan Mehman oğlu deyib.
“Bizə heç nə demirdilər. İnanırdım ki, Prezident İlham Əliyev qoymayacaq ki, biz orada qalaq. Şəhidlərimizin analarının qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”.