Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ziyan vurulmuş evlərin bərpa olunması üçün qiymətləndirmə işləri sürətlə aparılır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
"Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaqdır", - deyə nazir qeyd edib.