Kolumbiyalı jurnalist: “Bərpa olunan Ağdam əvvəlkindən də yaxşı olacaq”

Kolumbiyalı jurnalist: “Bərpa olunan Ağdam əvvəlkindən də yaxşı olacaq” Qarabağın bərpası o qədər sürətlə gedir ki, əminəm ki, tezliklə “Qafqazın Xirosiması” adlandırılan Ağdam da inkişaf etmiş şəhərlərdən birinə çevriləcək.
Qarabağ
6 Fevral , 2024 18:13
Kolumbiyalı jurnalist: “Bərpa olunan Ağdam əvvəlkindən də yaxşı olacaq”

Qarabağın bərpası o qədər sürətlə gedir ki, əminəm ki, tezliklə “Qafqazın Xirosiması” adlandırılan Ağdam da inkişaf etmiş şəhərlərdən birinə çevriləcək.

Bunu "Report"a açıqlamasında Ümumdünya Jurnalistika Şurasının Latın Amerikası və Karib hövzəsi üzrə direktoru, kolumbiyalı jurnalist Roberto Trobaxo deyib.

Kolumbiyalı jurnalist Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, otuz illik işğaldan sonra bütün region xarabalığa çevrilib: “Azərbaycan hökumətinin Qarabağın sürətli bərpasına və əvvəlki həyatına qaytarılmasına diqqət yetirməsi məni heyran edir. 2021-ci ildə Azərbaycanın bu regionuna ilk dəfə səfər edəndə orada heç nə qalmamışdı, yalnız xarabalıqlar, dağılmış evlər var idi. Ağdamda da olduq. İndi isə yerli sakinlərin otuz illik ayrılıqdan sonra bu şəhərə necə qayıtdığını görürük. Azərbaycan hökumətinin onun bərpası istiqamətində səylərinə görə əminliklə deyə bilərəm ki, Ağdam əvvəlkindən də gözəl, müasir, ən əsası isə inkişaf etmiş bir şəhər olacaq”.

R.Trobaxo qeyd edib ki, bu ərazilərin işğalı illərində erməni separatçıları tərəfindən minalarla çirkləndirilməsi Qarabağın bərpası prosesini xeyli ləngidir: “Erməni separatçıları mədəni irsi məhv və məbədləri, müqəddəs yerləri təhqir edərək Azərbaycanla bağlı hər şeyi silməyə çalışıblar. Ermənilərin vandalizmi Azərbaycanın tarixi yaddaşında dərin yaradır, çünki bu regionun mədəni sərvətlərinin bir hissəsinin itirilməsinə səbəb olub”.

Son xəbərlər

Orphus sistemi