Korotçenko: “Həlli mümkünsüz görünən Qarabağ münaqişəsi keçmişdə qaldı”

Korotçenko: “Həlli mümkünsüz görünən Qarabağ münaqişəsi keçmişdə qaldı” “Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bu dövrün əsas hərbi-siyasi hadisəsi oldu, çünki Qarabağ münaqişəsinin həlli uzun illər boyu mümkünsüz görünürdü”.
Qarabağ
12 Noyabr , 2021 18:10
Korotçenko: “Həlli mümkünsüz görünən Qarabağ münaqişəsi keçmişdə qaldı”

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bu dövrün əsas hərbi-siyasi hadisəsi oldu, çünki Qarabağ münaqişəsinin həlli uzun illər boyu mümkünsüz görünürdü”.

“Report” xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) keçirdiyi dəyirmi masada bildirib.

“Ermənistan uzun illər boyu Qarabağda heç nəyi inkişaf etdirməyib, heç nə tikməyib. Azərbaycanda isə bu illər ərzində dövlət, o cümlədən hərbi qüvvələr inkişaf etdirilirdi. İlham Əliyev özündən əvvəl heç kimin edə bilmədiyini həyata keçirdi və adını tarixə yazdırdı”, - Korotçenko deyib.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-də Azərbaycanın Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlaması Ermənistan üçün şok oldu: “Erməni fərariləri də gördük, Azərbaycan gənclərinin öz torpaqlarını azad etmək üçün cəbhəyə can atmasını da”.

Rusiyalı ekspert artıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını vurğulayıb: “Yeni geosiyasi reallıq yaranıb. Artıq əsas destruktiv rolu rəsmi İrəvan deyil, ABŞ, Fransa və Rusiyadakı erməni diasporu oynayır”.

Son xəbərlər

Orphus sistemi