“Xocalıdakı faciə dinc Azərbaycan əhalisinin soyqırımıdır, bu, heç vaxt köhnəlməyən cinayətdir”.
Bunu “Report”un Rusiya bürosuna hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Cinayətkarlar müəyyənləşdirilməlidir. Qismən onlar məlumdurlar və barələrində cinayət işi açılıb. Azərbaycan dövlət səviyyəsində, beynəlxalq ictimaiyyət səviyyəsində Xocalı qətliamının təşəbbüskarlarının və icraçılarının həbs olunmasına və beynəlxalq tribunala çıxarılmasına çalışmalıdır. Bu, ədalət və Xocalı faciəsi qurbanlarının xatirəsi baxımından mütləq lazımlıdır”, - İ.Korotçenko bildirib.