“Ermənistanı regionda yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son qoymağa və dövlət sərhədlərinin delimitasiyası üzrə danşıqlara başlamağa çağırırıq”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.
“Azərbaycan öz ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır. Ərazi bütövlüyümüzə qarşı yönəlmiş istənilən addımlara qətiyyəli cavab veriləcək!”, - paylaşımda deyilir.