Media və QHT rəhbərləri Ağdam şəhərindədir

Media və QHT rəhbərləri Ağdam şəhərindədir Onlar Ağdam Cümə Məscidini ziyarət ediblər
Qarabağ
13 Mart , 2021 14:59
Media və QHT rəhbərləri Ağdam şəhərindədir

Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

“Report”un Ağdama ezam olunan müxbirinin verdiyi xəbərə görə, onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olurlar.

Media və QHT rəhbərləri Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.

Onlar daha sonra Ağdam şəhər Şəhidlər xiyabanını və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər davam edir.

Son xəbərlər

Orphus sistemi