Direktor: "Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin inkişaf etdiyi ölkə olub"

Direktor: "Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin inkişaf etdiyi ölkə olub" "Bu gün də biz irsimizi daha da inkişaf etdiririk"
Qarabağ
17 Aprel , 2021 14:34
Direktor: Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin inkişaf etdiyi ölkə olub

"Bugünkü tədbir mərasimi Azərbaycanın ən köklü icması olan Alban-udi icması tərəfindən "Pasxa" bayramının gəlişi münasibətilə Tuğ kəndində yerləşən bizim tarixi abidəmizdə təşkil olunub. Gələcəkdə də biz müsəlman və qeyri-müsəlman icmaları ilə yaxından və birgə irsimizi tanıdan tədbirlər keçirməyi planlaşdırırıq".

“Report”un əməkdaşı xəbər verir ki, bu sözləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Mənəvi Dəyərlərin Təbliği Fondu Alban-udi icmasının bu tədbirləri həyata keçirməsinə yaxından dəstək verib: "Bugünkü tədbir də məhz fondun dəstəyilə həyata keçirilir. Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin yaşayıb yaratdığı və inkişaf etdiyi ölkə olub. Bu gün də biz irsimizi daha da inkişaf etdiririk. Bugünkü bu tədbir də bunun bir təzahürüdür. Bildiyimiz kimi, Alban-udi icması Çar Rusiyası dövründə də, Sovet imperiyası dövründə də öz dəyərlərindən çox uzaq düşmüşdür".

Son xəbərlər

Orphus sistemi