Mikayıl Cabbarov: “Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib"

Mikayıl Cabbarov: “Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib" “Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.
Qarabağ
30 İyun , 2021 11:21
Mikayıl Cabbarov: “Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib
Mehriban Əliyeva

“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, həmin ərazilərdə müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.

“Report”un xəbərinə görə, bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: “Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək. Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb”.

Son xəbərlər

Orphus sistemi