Mina terroru: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə

Mina terroru: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması buradakı Rusiya sülhməram
Qarabağ
6 May , 2023 15:07
Mina terroru: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə

Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması buradakı Rusiya sülhməramlı qüvvələrinin bu məsələyə göz yumması nəticəsində davam edir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın həftəlik “Focus” jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd olunub ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir: “Onun bu təhlükəyə qarşı mübarizə təcrübəsi Ukrayna üçün həm beynəlxalq arenada, həm də hüquqi müstəvidə faydalı ola bilər”.

Bildirilib ki, hazırda Ukrayna ərazisinin 30%-i minalar üzündən potensial olaraq təhlükəli ərazi sayılır: “Əslində, Ukraynanın Azərbaycanla bu aspektdə ortaqlığı təsadüfi deyil. Belə ki, Ukrayna Moskvanın aqressiv ekspansiyası yolunda Avropanın qalasıdır. Azərbaycan isə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından imtinasını kompensasiya edərək qitənin əsas enerji təchizatçılarından birinə çevrilib”.

Müəllif vurğulayıb ki, Azərbaycan hakimiyyəti 3 ildir beynəlxalq təşkilatlarda mina problemini gündəmə gətirir, dünya ictimaiyyətinin diqqətini buna yönəldir və minalardan zərər çəkmiş ölkələrin maraqlarını müdafiə edir: “Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib”.

Qeyd edilib ki, Azərbaycanın bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti onun 2021-2023-cü illərdə bu sahə ilə bağlı hüquqi mübarizədə dəyərli təcrübə qazanmasına səbəb olub.

Bundan başqa, müəllif xatırladıb ki, ötən ilin avqust-noyabr aylarında Azərbaycanın Laçın rayonunun yaşayış məntəqələrində, yəni Ermənistan qoşunlarının 30 illik işğaldan sonra döyüşsüz çıxdıqları ərazidə çoxlu sayda mina tələləri aşkar edilib.

Qeyd edək ki, bu məqalə həmçinin “Teleqraf”, “Gazeta”, “Kp.ua”, “Uainfo”, “Prm.ua” kimi Ukrayna nəşrlərində dərc olunub.

Son xəbərlər

Orphus sistemi