FHN: "Azad olunmuş ərazilərdə minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir" - YENİLƏNİB

FHN: "Azad olunmuş ərazilərdə minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir" - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.
Qarabağ
19 Aprel , 2023 17:24
FHN: Azad olunmuş ərazilərdə minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

FHN-dən "Report"a verilən məlumata görə, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir.

Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500kv.m. ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

13.19

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, minatəmizləmə sahəsində aparılan işlərlə tanışlıq məqsədilə əraziyə mediatur təşkil edilib.

Alayın bölük komandiri Səbuhi Sarıyev media nümayəndələrinə görülən işlər barədə məlumat verib.

O bildirib ki, Vətən müharibəsindən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı FHN-in Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı da cəlb olunub.

S.Sarıyev söyləyib ki, əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində və su kanalları boyunca aparılır. Bölük komandiri deyib ki, əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akreditasiyadan keçiblər.

Media nümayəndələri Alayın Ağdamın Baş Qərvənd kəndi ərazisindəki təmizləmə sahəsində görülən işlərlə bağlı yaxından tanış olublar. Jurnalistlərə burada aparılan işlər və təmizləmə üsulları barədə məlumat verilib.

Bildirilib ki, ərazilərin təmizlənməsində təkcə əl üsulu ilə deyil, xüsusi təlim keçmiş itlər və yeni alınan minatəmizləmə aqreqatlarından da istifadə olunur.

Son xəbərlər

Orphus sistemi