"Misir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən bərpa işlərində iştirak etməyi nəzərdə tutur".
Bunu “Report”un bölgəyə ezam olunmuş müxbirinə Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.
O bildirib ki, Misir şirkətlərindən birinin nümayəndələri Azərbaycana səfər edib və bu məsələ müzakirə olunub: "Yaxın vaxtlarda daha bir neçə belə səfərlər nəzərdə tutulur. Bu, ikitərəfli əməkdaşlıq, enerji, infrastruktur və digər sahələri əhatə edəcək".