"Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə - dezinformasiya və feyk məlumatları yaymaqda görür".
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
"Ermənistan ordusundan fərqli olaraq Ordumuz feyk senarilər əsasında quraşdırılmış səhnəciklərlə deyil, döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülərlə Azərbaycan xalqını və dünya ictimaiyyətini cəbhədə baş verən real hadisələrlə bağlı məlumatlandırır".