Moldova prezidenti Ermənistan və Azərbaycanın danışıqlar masasına əyləşəcəyinə ümid edir

Moldova prezidenti Ermənistan və Azərbaycanın danışıqlar masasına əyləşəcəyinə ümid edir "Ümid edirəm ki, tərəflər danışıqlar masasına əyləşib məsələni qan tökülmədən, atışmadan, müharibəsiz həll edə biləcəklər"
Qarabağ
17 İyul , 2020 14:54
Moldova prezidenti Ermənistan və Azərbaycanın danışıqlar masasına əyləşəcəyinə ümid edir
Moldova Prezidenti İqor Dodon

Moldova Prezidenti İqor Dodon Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə baş verən toqquşmalardan təəssüfləndiyini bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, İ.Dodon bu barədə “Facebook” səhifəsində yayımlanan videoefirdə söyləyib.

“Başverənlər çox üzücüdür. Son günlərdə yaralılar və ölənlər haqqında məlumat verilib. Ümid edirəm ki, sülhün olması üçün bütün bunlar dayandırılacaq. Həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq və tərəfdaşlığımızı inkişaf etdirəcəyik. Ümid edirəm ki, tərəflər danışıqlar masasına əyləşib məsələni qan tökülmədən, atışmadan, müharibəsiz həll edə biləcəklər”, - o deyib.

Son xəbərlər

Orphus sistemi