“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb.
Qeyd edək ki, bu gün Türkiyə XİN başçısının Bakıya səfəri başlayıb. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan XİN başçısının müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.