Naftalanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Naftalanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Naftalan şəhərində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib.
Qarabağ
26 Fevral , 2022 11:45
Naftalanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Naftalan şəhərində Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Naftalanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı Şəhidlərin əziz xatirəsi böyük ehtiramla anılıb.

Tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, veteranlar, qazilər, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndəri iştirak edib.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biri olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi