"Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası və reinteqrasiya üçün təkcə bu il 1,3 milyard dollar vəsait ayırıb".
"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında çıxışı zamanı deyib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkələri, o cümlədən Pakistanı Qarabağın bərpasına yatırımlar etməyə dəvət edib.