“Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı ekoloji məsələlərlə məşğul olan aidiyyəti beynəlxalq qurumlara etirazımızı bildirmişik. Onları bölgəyə dəvət etmişik ki, gəlib baxsınlar, hər şeyi görsünlər. Bunu da ona görə etmişik ki, məsələnin ciddiliyini anlasınlar və reaksiya versinlər. Lakin hələ də heç bir reaksiya yoxdur”.
Bunu “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir ümidvardır ki, Azərbaycanın qətiyyətli tələbləri sonda nəticə verəcək: “Əsas tələbimiz odur ki, orada olan çirkləndirmə dayandırılsın. Həmçinin orada illik müvafiq normal su ehtiyatlarımızın istifadəsinə imkan verilsin. Yəni əsas məqsədimiz budur”.