Niderlandlı səyyah: Azərbaycanın Qarabağı necə sürətlə bərpa etməsi məni heyrətləndirir

Niderlandlı səyyah: Azərbaycanın Qarabağı necə sürətlə bərpa etməsi məni heyrətləndirir Qarabağa səfər müharibə görmüş ərazidə yaşamağın nə demək olduğunu daha yaxşı başa düşməyə və Azərbaycanın necə sürətlə bərpa olunduğunu görməyə imkan verdi.
Qarabağ
28 Oktyabr , 2024 12:08
Niderlandlı səyyah: Azərbaycanın Qarabağı necə sürətlə bərpa etməsi məni heyrətləndirir

Qarabağa səfər müharibə görmüş ərazidə yaşamağın nə demək olduğunu daha yaxşı başa düşməyə, Azərbaycanın bu əraziləri necə sürətlə bərpa etdiyini görməyə imkan verdi.

Bu barədə “Report”a açıqlamasında niderlandlı səyyah Nik Ter Horst bildirib.

“Ölkə təkcə müharibənin nəticələri ilə mübarizə aparmır, həm də regionu fəal şəkildə inkişaf etdirir. Əvvəllər Azərbaycanda olmuşam, Bakıya səfər etmişəm. Maks Ferstappenə azarkeşlik etdiyim Formula-1 Qran-prisində ölkəyə ilk səfərimdən çox yaxşı təəssüratlarım var idi. İndi isə Qarabağı görmək, yenidənqurma və bərpa üzrə dövlət layihələri ilə tanış olmaq üçün bu səfərə qoşuldum", - o vurğulayıb.

Səyyah əlavə edib ki, ötən il atası da Qarabağ bölgəsində oxşar səfərdə olub və bu layihələri yüksək qiymətləndirib: "Ona görə də bu il bu səfərə qoşulmağa qərar verdim. Bərpa işlərinin necə fəal aparıldığını və yeni obyektlərin necə sürətlə tikilməsini müşahidə etmək heyrətamizdir".

O, həmçinin Ağdama səfərindən təəssüratlarını bölüşüb və şəhərin son bir ildə necə dəyişdiyini qeyd edib: "Atam deyirdi ki, bir il əvvəl orada demək olar ki, heç nə yox idi, indi isə artıq binalar var. 150 min əhalisi olan şəhərdən gələn bir insan üçün belə bir yerin yox ola biləcəyini təsəvvür etmək çətindir. Amma hər şeyin necə sürətlə bərpa olunduğunu və şəhərin necə gözəlləşdiyini görmək inanılmazdır".

Dağıdılmış tarixi abidələrdən danışan Ter Horst onların miqyasından heyrətləndiyini əlavə edib:

"Bələdçilərimiz nə baş verdiyini danışdılar, yol kənarlarındakı məzarları və dağıdılmış əraziləri göstərdilər. Avropada belə dağıntıları təsəvvür etmək çətindir, çünki bizdə 90 ilə yaxındır müharibə olmayıb. Burada isə müharibə lap yaxınlarda olub. Sanki yatıb oyanırsan və başa düşürsən ki, ölkəndə müharibə başlayıb. Bu, dəhşətlidir".

Son xəbərlər

Orphus sistemi