"İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib.
“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib.
“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə o əlavə edib.