Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim Qarabağda mina çirkliliyinin səviyyəsini ancaq bura gələrək dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir.
Qarabağ
4 May , 2024 15:03
Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir.

“Report” xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib.

“Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənmə bu qədər ciddidir”, - o qeyd edib.

Səyahətçinin sözlərinə görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan azad edilmiş ərazilərdəki vəziyyət və minalardan təmizlənmə prosesi barədə ətraflı məlumat veriblər. Qonaqlara mina və partlamamış hərbi sursatların axtarışı, eləcə də zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib: “Aşkar edilmiş minaların necə partladıldığı nümayiş etdirilib”.

Son xəbərlər

Orphus sistemi