Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
Allah rəhmət eləsin!