Ölən erməni əsgərlərinin valideynləri: “Onları Hadruta ölümə göndərdilər”

Ölən erməni əsgərlərinin valideynləri: “Onları Hadruta ölümə göndərdilər” "Komandir göndərdiyi əsgərlərin geri dönməyəcəyini 100% başa düşürdü"
Qarabağ
15 Mart , 2021 13:46
Ölən erməni əsgərlərinin valideynləri: “Onları Hadruta ölümə göndərdilər”

Ölən erməni əsgərlərinin valideynləri iddia edirlər ki, onların övladlarını ikinci Qarabağ müharibəsi zamanı Hadruta qəsdən ölümə göndəriblər.

“Report” “Caliber.az”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ermənistan seqmentində dünən yayılan videoda deyilir.

“Bizdə olan məlumata görə, uşaqları ora qəsdən ölümə göndəriblər. Oktyabrın 9-dan bəri Hadrut Azərbaycan əsgərlərinin əlində idi. Buna baxmayaraq uşaqlarımızı qəsdən ora göndərdilər. 143 postda olan əsgərlərə zəng edərək onları aldadıb ora göndərirdilər. Əmr səhər saat 9-da gəldi. Uşaqlar isə gündüz vaxtı (13:00-14:00 aralığında) gətirildi. Qısası, onlar ölümə məhkum idilər. Uşaqlar gələndə heç kim onları qarşılamayıb. Köməyə çağırmışdılarsa, qarşılamalı idilər də. Ancaq heç kim onlarla görüşmədi. Komandir diviziyanı qarşılamalı idi. Hətta özü olmasa da, kimisə göndərməli idi”, - valideynlərdən biri bildirib.

“Bir neçə kəlmə də əlavə etmək istərdim: əsgərləri ora göndərərkən onlar başa düşməli idilər ki, Azərbaycan və pilotsuz uçuş aparatları bütün səmaya nəzarət edir. Niyə mühasirəyə düşəcəklərini bilə-bilə uşaqlarımızı bilərəkdən ora göndərdilər”, - ikinci valideyn hirslənir.

“Onlar bunu 100% başa düşürdü və uşaqları qəsdən ölümə göndərdilər. Görünür, onları çox “ağıllı” adam ora göndərib. Məncə, o şəxs əsgər yox, təmizlik işçisi kimi çalışmalıdır. İndi bu barədə əmr verənin adı çəkilmir. Onun kim olduğu və hazırda harada olduğu naməlumdur. Bu komandir göndərdiyi əsgərlərin geri dönməyəcəyini 100% başa düşürdü. Ancaq belə əmr verdi. Bu, uşaqların qəsdən ölümə göndərildiklərini bir daha sübut edir. Belə təəssüratımız var ki, bu əvvəlcədən planlaşdırılmış aksiya idi. Ağla başqa heç bir şey gəlmir. Bununla da onlar uşaqlarımızı satdılar. Onları qəsdən onları öldürdülər”, - üçüncü valideyn qəzəblənir.

Son xəbərlər

Orphus sistemi