“Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionada sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir.