Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 503, tank əleyhinə 70 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 6 340 996 m² (634 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Noyabrın 10-dan avqustun 31-dək isə piyada əleyhinə 9 406, tank əleyhinə 4 092 mina və 10 529 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 45 755 242 m² (4575 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.