Paraqvaylı senator Azərbaycanı qələbə münasibətilə təbrik edib

Paraqvaylı senator Azərbaycanı qələbə münasibətilə təbrik edib "Prezident İlham Əliyev böyük liderlik hissi nümayiş etdirdi”
Qarabağ
11 Noyabr , 2020 10:58
Paraqvaylı senator Azərbaycanı qələbə münasibətilə təbrik edib
Blas Lanzoni Açinelli
0 : 00
0 : 00

“Azərbaycan Respublikasının tam ərazi suverenliyini dəstəklədiyimi bildirmək mənim üçün böyük şərəfdir və möhtəşəm Şuşa şəhərinin 8 noyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri tərəfindən azad olunduğunu bilməkdən çox məmnunuq”.

“Report” xəbər verir ki, bu sözləri Paraqvayın milli senatoru Blas Lanzoni Açinelli Azərbaycanı dəstəkləyən bəyanatında söyləyib.

“Ermənistanın faşist rejimini və onların mülki insanlara və uşaqlara qarşı amansız hücumlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktları beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”, - o deyib.

Senator həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Mingəçevir, Xızı şəhərlərinə və Abşeron rayonuna ballistik raketlərlə hücum etməsini kəskin qınayıb.

“Biz Asunsyonda Azərbaycan Prezidentini dəstəkləməyə hazırıq və Azərbaycanın əfsanəvi silahlı qüvvələrinin uğurlarını yaxından izləməyirik. Şuşa, Xankəndi, Dağlıq Qarabağ – bunlar hamısı Azərbaycandır!”- senator vurğulayıb.

Açinelli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib: “Noyabrın 9-da imzalanan saziş, eləcə də faşist erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən tamamilə çıxarılması müasir Avropa tarixində əlamətdar hadisədir və Prezident İlham Əliyev böyük liderlik hissi nümayiş etdirdi”.

Son xəbərlər

Orphus sistemi