“Bu gün danışıqlarda toxunduğumuz əsas iki məsələdən birincisi Macarıstan şirkətlərinin Qarabağda bərpa və yenidənqurma fəaliyyətlərində iştirakını təmin etmək, ikincisi 2020-ci illərin ortalarına doğru Macarıstan Azərbaycandan qaz almağa başlayacaq"
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 10-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz bu mənbəni daha təhlükəsiz etmək üçün bu danışıqları həyata keçirmək niyyətindəyik. Biz hər zaman inanmışıq ki, beynəlxalq ictimaiyyət mütləq ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət bəsləməlidir. Biz bütün hallarda bu mövqedə olmuşuq və mövqeyimizi dəyişməmişik. İnanırıq ki, regiona sülh və dinc yaşayış gələcək”, - nazir vurğulayıb.