“Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən dəfələrlə son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa hərbi yollarla biz bu məsələni həll edəcəyik”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərimə” əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Və bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi ”, - Prezident əlavə edib.