Prezident: "Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq"

Prezident: "Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq" “İstənilən şəkildə Ermənistanın rəhbərliyi hər hansısa bir formada 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki, Ermənistan üçün bu çox pis olacaq"
Qarabağ
26 Fevral , 2021 13:56
Prezident: Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq
İlham Əliyev

“İstənilən şəkildə Ermənistanın rəhbərliyi hər hansısa bir formada – fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki, Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə, bu, intihar olacaq. Həqiqətən də, intihar burada ən yerinə düşən sözdür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Ona görə də Ermənistanda başa düşməlidir ki, onların qarşılaşdığı bu vəziyyət illərdir yürütdükləri siyasətin nəticəsidir. Bu, Azərbaycana qarşı idi və işğal siyasətidir”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi