Prezident: "Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”

Prezident: "Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Qarabağ
15 Yanvar , 2021 14:04
 Prezident: Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”
İlham Əliyev

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"Report"un məlumatına görə, videogörüntülərdə dövlət başçısı deyir:

“Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, - Prezident bildirib

Son xəbərlər

Orphus sistemi